Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)

Hadisə Materials 23 İyul 2026 10:41 (UTC +04:00)
Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend-in məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb.

Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti