NATO 2027–2031-ci illər üzrə yeni ümumi maliyyə planını qəbul edib

Dünya xəbərləri Materials 23 İyul 2026 02:03 (UTC +04:00)
NATO 2027–2031-ci illər üzrə yeni ümumi maliyyə planını qəbul edib

Bakı. Trend:

NATO Şurası alyansın müdafiə və mülki layihələrinin maliyyələşdirilməsini tənzimləyən 2027–2031-ci illər üzrə yeni ümumi maliyyə planını qəbul edib.

NATO-nun mətbuat xidmətinin məlumatına əsasən, sənəd beynəlxalq təhlükəsizlik mühitində artan çağırışlar və alyansın genişlənən prioritetləri nəzərə alınaraq təsdiqlənib.

Qəbul olunan qərara əsasən, müttəfiq ölkələr 2027-ci il üçün hərbi və mülki büdcələrin, eləcə də NATO-nun Təhlükəsizlik İnvestisiya Proqramı üzrə maliyyə çərçivəsini razılaşdırıblar. Bununla ümumi maliyyələşdirmə həcmi 6,5 milyard avroya yüksəlib.

Bununla yanaşı, Şimali Atlantika Şurası 2031-ci ilədək yanacaq anbarlarının, boru kəmərlərinin, həmçinin yanacağın daşınması və paylanması sistemlərinin yenilənməsini nəzərdə tutan 27 milyard avroluq investisiya proqramına da yaşıl işıq yandırıb.

Sənəddə bildirilir ki, ayrılacaq 27 milyard avro mövcud yanacaq infrastrukturunun müasirləşdirilməsinə yönəldiləcək. Proqram çərçivəsində NATO-nun şərq və cənub-şərq cinahlarında yeni boru kəmərlərinin inşası, eləcə də alyans qüvvələrinin döyüş hazırlığını təmin etmək məqsədilə enerji resurslarının fasiləsiz çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti