Karapetyanın deputat toxunulmazlığı ləğv edilib - hərbi xidmətdən yayınmaqda ittiham olunur

Dünya xəbərləri Materials 22 İyul 2026 16:33 (UTC +04:00)
Karapetyanın deputat toxunulmazlığı ləğv edilib - hərbi xidmətdən yayınmaqda ittiham olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Mərkəzi Seçki Komissiyası "Güclü Ermənistan" blokunun siyasi şurasının üzvü, rusiyalı oliqarxı və blokun lideri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın deputat toxunulmazlığını ləğv edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Narek Karapetyan deputat mandatını cəmi bir gün əvvəl – iyulun 21-də əldə etmişdi.

Ermənistan Baş Prokurorluğu bundan əvvəl Mərkəzi Seçki Komissiyasına Narek Karapetyan barəsində cinayət təqibinin başlanması və onun azadlıqdan məhrum edilməsinə razılıq verilməsi barədə vəsatət təqdim edib.

O, ikili vətəndaşlığa malik olmasını gizlətməkdə və hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti