Rusiyada diskriminasiyaya yol verən əcnəbilər ölkədən qovulacaq

Dünya xəbərləri Materials 21 İyul 2026 20:13 (UTC +04:00)
Rusiyada diskriminasiyaya yol verən əcnəbilər ölkədən qovulacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Dövlət Duması xarici vətəndaşların Rusiyadan inzibati qaydada çıxarılmasına səbəb ola biləcək inzibati xətaların siyahısını genişləndirən qanun layihəsinə düzəlişləri qəbul edib.

Bu barədə TASS məlumat yayıb.

Düzəlişlərə əsasən, diskriminasiyaya - şəxsin hüquq, azadlıq və qanuni maraqlarının cinsinə, irqinə, milliyyətinə, dilinə, mənşəyinə, əmlak və ya sosial vəziyyətinə, dinə münasibətinə, əqidəsinə və digər əlamətlərinə görə pozulması hallarında görə xarici vətəndaşların ölkədən çıxarılması nəzərdə tutulur.

Bundan əlavə, dövlət sərhədini keçərkən hərbi qulluqçunun qanuni tələblərinə tabe olmamaq da ölkədən çıxarılma üçün əsas sayılacaq.

Deputatlar həmçinin xarici vətəndaşların hər hansı cinayətə görə üzərindən götürülməmiş və ya icra olunmamış məhkumluğu olduğu təqdirdə onlara Rusiya vətəndaşlığının verilməsindən, müvəqqəti yaşamaq icazəsinin və ya yaşayış icazəsinin rəsmiləşdirilməsindən imtina edilməsini nəzərdə tutan düzəlişləri də qəbul ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti