Bakı.Trend:
Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Rəsul Bünnətovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar zamanı aşkar edilib.
Meyit batdığı yerdən təxminən 40 kilometr aralıda, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
