Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

Siyasət Materials 21 İyul 2026 17:49 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Berlin. Trend:

Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək.

Bu, iyulun 21-də Berlində Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd olunub.

Sənədə əsasən, insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoq davam etdiriləcək.

Eyni zamanda müdafiə sənayesində əməkdaşlığın təşviqi, Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi, ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti