Zabratda təkər tullantıları yığılmış ərazidə yanğın baş verib

Hadisə Materials 21 İyul 2026 18:38 (UTC +04:00)
Zabratda təkər tullantıları yığılmış ərazidə yanğın baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti