Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Bakı vaxtı ilə 03:00-da Ali Baş Komandanın göstərişi ilə İrana məxsus hərbi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu barədə CENTCOM-un rəsmi “X” səhifəsində məlumat yayılıb.
"ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 19:00-da İrandakı hərbi hədəflərə zərbələr endirməyə başlayıb. Bu, ardıcıl 11-ci gecə həyata keçirilən əməliyyatlardır. Zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhlükə yaratmaq imkanlarını daha da zəiflətməkdir", - deyə məlumatda bildirilir.