"Sabah" Finlandiya çempionunu məğlub edib - Çempionlar Liqası (FOTO/VİDEO)

İdman Materials 21 İyul 2026 22:01 (UTC +04:00)
"Sabah" Finlandiya çempionunu məğlub edib - Çempionlar Liqası (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi "Sabah" II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Bakı klubu Bakıda Finlandiyanın KuPS komandasını qəbul edib.

"Bank Respublika Arena"da keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq. Bu gün Danimarkada keçirilən ilk qarşılaşma "Lex"in səfər qələbəsi ilə başa çatıb - 1:4.

Xəbər lenti

Xəbər lenti