Bakı.Trend:
Mavriki ABŞ-nin Artemis Ay proqramına qoşulan 70-ci ölkə olub.
Bu barədə NASA məlumat yayıb.
Sazişi Mavriki adından ölkənin Ali Təhsil, Elm və Tədqiqatlar Nazirliyinin daimi katibi Navindsinq Cuqmohunsinq imzalayıb.
“Hind okeanında yerləşən kiçik inkişaf etməkdə olan ada dövləti olaraq, kosmosun bəşəriyyətə xidmət etməsinə, okeanlarımızın və sahillərimizin qorunmasına, eləcə də bizim kimi ölkələrin səsinin daha güclü eşidilməsinə çalışırıq. Mavriki kosmik fəaliyyətin idarə olunmasının gələcəyinin formalaşdırılmasına, innovasiyalar və tərəfdaşlıqlar üçün yeni imkanların yaradılmasına töhfə verməyə hazırdır”, – deyə rəsmi bildirib.
Bundan əvvəl adıçəkilən proqrama Serbiya qoşulmuşdu.
Qeyd edək ki, Artemis NASA-nın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq Ay tədqiqatı proqramıdır və onun əsas məqsədi insanları yenidən Ay səthinə göndərmək, burada uzunmüddətli mövcudluq yaratmaq və gələcəkdə Marsa pilotlu missiyalar üçün hazırlıq görməkdir.
