Rusiya məhkəməsi "Coca-cola" brendlərinin ləğvi ilə bağlı iddianı rədd edib

Dünya xəbərləri Materials 21 İyul 2026 23:32 (UTC +04:00)
Rusiya məhkəməsi "Coca-cola" brendlərinin ləğvi ilə bağlı iddianı rədd edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Əqli Mülkiyyət Hüquqları Məhkəməsi "The Coca-Cola Company"nin Rusiyada şirkətə məxsus dörd əmtəə nişanının hüquqi mühafizəsinə xitam verilməsi ilə bağlı iddiasını rədd edib.

Bu barədə Rusiya KİV-də məhkəmə materiallarına istinadən məlumat yayılıb.

Söhbət “Coca-Cola” söz elementi olan rəngli və ağ-qara əmtəə nişanlarından, o cümlədən hələ 1927-ci ildə SSRİ-də qeydiyyata alınmış nişandan, həmçinin 1996-cı ildən Rusiyada ümumtanınmış əmtəə nişanı statusuna malik olan nişandan gedir.

2022-ci ilin martında “The Coca-Cola Company” Rusiyada məhsullarının satışını dayandırdığını elan etmişdi. Bununla belə, Rusiya mağazalarında digər ölkələrdən idxal olunan “Coca-Cola” içkiləri satılmaqda davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti