Moldovada yeni hökümət and içib

Dünya xəbərləri Materials 22 İyul 2026 14:12 (UTC +04:00)
Moldovada yeni hökümət and içib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moldovada parlament tərəfindən bir gün əvvəl təsdiqlənmiş, Baş nazir Vasile Tofanın rəhbərlik etdiyi Nazirlər Kabineti üzvlərinin Prezident Maya Sandunun qarşısında andiçməsi keçirilib. Mərasim dövlət başçısının administrasiyasının binasında keçirilib və respublika hökumətinin saytında canlı yayımlanıb.

"Biz Moldova Respublikasını Avropa standartlarına uyğunlaşdırmaq istiqamətində işi davam etdirməliyik. Qarşıdakı bir neçə ay ərzində Avropa inteqrasiyası prosesində mühüm mərhələlərə nail olmalıyıq və sizdən bu səyləri prioritet hesab etməyinizi xahiş edirəm", – deyə Sandu nazirlərə müraciət edib.

O, hökuməti iqtisadi inkişafı stimullaşdırmağa, biznes mühitini yaxşılaşdırmağa, dövlət əmlakını daha səmərəli idarə etməyə, Avropa fondlarının vəsaitlərini daha dolğun mənimsəməyə, həmçinin vətəndaşların və dövlətin təhlükəsizliyini təmin etməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti