Türkiyədə helikopter qəzaya uğrayıb - yaralılar var

Dünya xəbərləri Materials 22 İyul 2026 11:51 (UTC +04:00)
Türkiyədə helikopter qəzaya uğrayıb - yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Ankara vilayətində təlim helikopteri qəzaya uğrayıb.

Bu barədə “Haber7” məlumat yayıb.

İnsident Ankaranın Temelli rayonunun ərazisində baş verib. Həvəskar çəkilişlərdə helikopterin yolun kənarındakı əkin sahəsinə düşdüyünü görmək olur.

Hadisə yerinə çox sayda xilasedici cəlb olunub. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti