ABŞ nüvə sahəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 22 İyul 2026 11:39 (UTC +04:00)
ABŞ nüvə sahəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi texnologiyalarının birgə istifadəsinə dair sazişi təsdiqləyib. Saziş krallığa uranın zənginləşdirilməsi imkanları yarada bilər.

Bu barədə "Associated Press" (AP) iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, saziş 30 il müddətinə nəzərdə tutulub və proqramın hazırlanmasında Amerika şirkətlərinin iştirakını ehtiva edir.

Onların sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanının birgə tədqiqatından sonra bu saziş krallıqda uranın zənginləşdirilməsi müəssisəsinin yaradılmasına yol aça bilər.

Bununla yanaşı, razılaşmaya Vaşinqtonun əvvəllər nüvə materiallarının silah proqramına yönəldilməsinin qarşısını almaq üçün zəruri hesab etdiyi təminatlar daxil edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti