Rusiyada Özbəkistan meyvə-tərəvəzinin idxalı qadağan edilib

Dünya xəbərləri Materials 22 İyul 2026 08:00 (UTC +04:00)
Rusiyada Özbəkistan meyvə-tərəvəzinin idxalı qadağan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyulun 23-dən etibarən Özbəkistandan karantin nəzarətinə aid məhsulların idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. Qadağa fitosanitar tələblərinin ən çox pozulmasına yol vermiş beş ixracatçının məhsullarına şamil olunub.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məhdudiyyət tətbiq olunan məhsulların əsas hissəsini ağ kələm və gül kələmi, baş soğan, şüyüd, cəfəri, çuğundur, pomidor, eləcə də üzüm kimi meyvə-tərəvəz və göyərti məhsulları təşkil edir.

“Rosselxoznadzor”dan bildirilib ki, qərar karantin obyektlərinin aşkarlanması hallarının artması və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar qəbul olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti