22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 22 İyul 2026 16:17 (UTC +04:00)
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.

Bu barədə Medianın İnkişafı Agentliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti