Universitet məzunlarına elektron diplomların verilməsinə başlanılıb

Cəmiyyət Materials 22 İyul 2026 16:12 (UTC +04:00)
Universitet məzunlarına elektron diplomların verilməsinə başlanılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin məlumatına görə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları"na əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) elektron sənəd formasında yaradılaraq təqdim edilir.

Qaydaların tələblərinə uyğun olaraq artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb.

Elektron diplomlar növbəti günlərdə "mygov" rəqəmsal hökumət platformasında və Elm və Təhsil Nazirliyinin rəsmi edu.gov.az internet səhifəsində məzunlar üçün əlçatan olacaq.

Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların verilməsi prosesi davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti