İordaniya İranın dörd ballistik raketini zərərsizləşdirib

Dünya xəbərləri Materials 22 İyul 2026 12:55 (UTC +04:00)
İordaniya İranın dörd ballistik raketini zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İordaniya Silahlı Qüvvələri İran tərəfindən krallıq istiqamətində altı raketin buraxıldığını, onlardan dördünün isə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Məlumata görə, qalan iki raket yaşayış olmayan ucqar ərazilərə düşüb.

"İran ərazisindən krallıq istiqamətində buraxılan altı raket hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilib və onlar İordaniyanın hava məkanına daxil olan kimi dərhal məhv edilib", – deyə rəsmi "Petra" xəbər agentliyinin istinad etdiyi hərbi mənbə bildirib.

Hücum nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

İordaniya sərhədinə yaxın yerləşən İsrailin Qırmızı dəniz sahilindəki Eylat kurort şəhərində partlayış səsləri eşidilib. Həmçinin həmin ərazidən İordaniyanın Əqəbə şəhəri istiqamətində iki tüstü sütunu müşahidə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti