Bakı.Trend:
Dünyanın ən populyar "YouTube" bloqeri "MrBeast" (əsl adı Ceyms Donaldson) sevgilisi Tea Boysen ilə evlənib.
O, bu barədə Instagram sosial şəbəkəsində məlumat verib.
Bloqer toy mərasimindən fotolar paylaşıb. Şəkillərdə o, ağ köynək, kəpənək qalstuk, ağ pencək və qara şalvarda, həyat yoldaşı isə ağ gəlinlikdə əks olunub.
"MrBeast ilə tanış oldum və bu, həyatımın ən gözəl günü idi", – Boysen paylaşımını belə şərh edib.
"People" nəşrinin məlumatına görə, toy mərasimi britaniyalı sahibkar Riçard Brensona məxsus özəl Neker adasında keçirilib. Mərasimdə təxminən 70 qonaq iştirak edib.
