Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi

Cəmiyyət Materials 22 İyul 2026 22:15 (UTC +04:00)
Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-də kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.

22 iyul 2026-cı il tarixli sərəncama əsasən, Xaliq Yunis oğlu Babayev “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla isə Vüsal Hicran oğlu Muradov həmin cəmiyyətin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin İdarə Heyətinə yeni sədr təyin olunanadək sədr vəzifəsinin icrası müvəqqəti olaraq Vüsal Hicran oğlu Muradova həvalə edilib.

Xəbər lenti

Xəbər lenti