Qazaxıstanın baş nazir müavini orqan-donoru oldu

Dünya xəbərləri Materials 23 İyul 2026 02:00 (UTC +04:00)
Qazaxıstanın baş nazir müavini orqan-donoru oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstanın Baş nazirinin müavini - Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva ölümündən sonra orqan donoru olmağa rəsmi razılıq verdiyini açıqlayıb.

Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Balayevanın sözlərinə görə, o, bu qərarı ölkədə donor orqanları çatışmazlığı probleminə həsr olunmuş "4739" sənədli filmini izlədikdən sonra verib.

"Əgər nə vaxtsa yaxınlarım belə bir seçim qarşısında qalsalar, istəyərdim ki, yaşamaq uğrunda ümidsiz şəkildə mübarizə aparan insanlara şans verməyin nə qədər vacib olduğunu başa düşsünlər. Məsuliyyətlə bəyan edirəm ki, ölümümdən sonra orqan donorluğu üçün razılıq verirəm", – deyə Balayeva sosial şəbəkədə yazıb.

Nazirin qeyd etdiyi kimi, "4739" filminin adı hazırda Qazaxıstanda orqan transplantasiyası növbəsində olan insanların sayını əks etdirir. Hazırda ölkədə 4 739 nəfər, o cümlədən 125 uşaq orqan köçürülməsini gözləyir.

Balayeva həmçinin diqqətə çatdırıb ki, Qazaxıstanda həyata keçirilən transplantasiya əməliyyatlarının təxminən 90 faizi canlı qohum donorların hesabına baş tutur. Ölümdən sonrakı donorluğun payı isə bütün donorluq hallarının 10 faizindən də azdır ki, bu da orqan transplantasiyasına ehtiyacı olan xəstələrə yardım imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti