Rumıniyada ağac emalı fabrikində partlayış olub

Dünya xəbərləri Materials 22 İyul 2026 17:41 (UTC +04:00)
Rumıniyada ağac emalı fabrikində partlayış olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rumıniyanın mərkəzində yerləşən Braşov şəhərinin kənarındakı Kronospan ağac emalı fabrikində iki güclü partlayış baş verib.

Bu barədə yerli “Bizbrasov” portalı məlumat yayıb.

Bildirilib ki, ilk partlayış Bakı vaxtı ilə təxminən saat 07:25-də baş verib və nəticədə müəssisədə yanğın başlayıb. Yanğının söndürülməsi üçün hadisə yerinə xilasedicilər gəldikdən sonra Bakı vaxtı ilə saat 09:30 radələrində ikinci partlayış baş verib. Partlayış nəticəsində istehsalat korpuslarından birinin damı tamamilə dağılıb.

Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir. Onların bir hissəsi qonşu Kovasna rayonundan cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar, eləcə də partlayışların başvermə səbəbi barədə hələlik məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti