ABŞ İrana ardıcıl bir neçə həftə zərbələr endirməli olacaq - Admiral

Dünya xəbərləri Materials 23 İyul 2026 10:53 (UTC +04:00)
ABŞ İrana ardıcıl bir neçə həftə zərbələr endirməli olacaq - Admiral
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın pilotsuz uçuş aparatları və raketlər buraxmaq imkanlarını zəiflətmək üçün ABŞ bir neçə həftə ərzində hər gün 150-200 zərbə endirməli olacaq.

Bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin təxris olunmuş admiralı Mark Montqomeri “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, əsas məsələ ABŞ qüvvələrinin səyyar raket buraxılış qurğularını məhv edib-edə bilməyəcəyindən asılıdır.

"Qısa məsafədə havada raketlərin qarşısını almaq taktiki problemdir. Lakin onları İran ərazisinin 75 mil (120 km – red.) dərinliyinə geri çəkmək mümkün olsa, bu işi görmək daha asan olar", – deyə Montqomeri bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb

Məqalədə:

Xəbər lenti

Xəbər lenti