Bakı.Trend:
Filippinin paytaxtı Manila şəhərində ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. Tərəflər 35 dəqiqəyə yaxın müzakirələr aparıblar.
Rusiya mediasının məlumatına görə, görüş yerli vaxtla 11:54-də (Bakı vaxtı ilə 07:54) başlayıb.
Lavrov və Rubio nümayəndə heyətləri ilə birlikdə saat 12:31-də (Bakı vaxtı ilə 08:31) danışıqlar zalını tərk ediblər. Jurnalistlərin bildirdiyinə görə, görüş əvvəlcədən planlaşdırılmış qrafikə uyğun keçirilib. Danışıqların təfərrüatları, hansı mövzuların müzakirə olunduğu barədə məlumat verilmir.
Bundan bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rubi ilə görüşün istənilən halda faydalı olacağına ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, danışıqlar zamanı ABŞ dövlət katibindən Vaşinqtonun Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı hazırkı mövqeyini öyrənməyi planlaşdırır.
