Venesuelada zəlzələ qurbanlarının sayı 5398-ə çatıb

Dünya xəbərləri Materials 23 İyul 2026 07:34 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 5398-ə çatıb

Bakı. Trend:

Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 5 398 nəfərə çatıb.

Bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 şəxs evsiz qalıb.

Tamamilə dağılan binaların sayı 190 olub, 856 bina isə ciddi zədələnib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 sakin xilas edilib. Eyni zamanda 128 324 ailəyə yardım göstərilib, 23 335 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə 10 964,199 ton ərzaq məhsulu təqdim olunub.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti