Londonlulara avtomobillərini yumaq qadağan edildi

Dünya xəbərləri Materials 23 İyul 2026 02:55 (UTC +04:00)
Londonlulara avtomobillərini yumaq qadağan edildi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyanın paytaxtı Londonda quraqlıq və isti hava şəraiti ilə əlaqədar bağ və qazonların şlanq və avtomatik suvarma sistemləri ilə suvarılmasına, həmçinin binaların və avtomobillərin yuyulmasına qadağa qoyulub.

Bu barədə “Thames Water” şirkətinin London sakinlərinə göndərdiyi məktubda bildirilir.

“Thames Water” London və İngiltərənin cənubundakı ətraf qraflıqlarda su təchizatı xidmətləri göstərir. Məhdudiyyətlər ümumilikdə 10 milyondan çox insana şamil olunacaq və iyulun 23-dən qüvvəyə minəcək.

"Müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən bütün abonentlər üçün bağların suvarılmasına və avtomobillərin yuyulmasına qadağa tətbiq edirik", – deyə məktubda deyilir.

Şirkətin məlumatına görə, bu il onun xidmət göstərdiyi ərazidə indiyədək rekord sayda – (havanın temperaturunun 34 dərəcə selsi və daha yüksək olduğu) isti günlər qeydə alınıb. Eyni zamanda, yağıntının həcmi illik orta göstəricinin cəmi 40 faizini təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti