İsrail Livanda "Hizbullah"ın dayaq məntəqələrini atəşə tutub

Dünya xəbərləri Materials 23 İyul 2026 11:15 (UTC +04:00)
İsrail Livanda "Hizbullah"ın dayaq məntəqələrini atəşə tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusunun artilleriyası Livanın cənubundakı Nəbətiyyə əyalətində "Hizbullah"ın dayaq məntəqələrindən biri hesab olunan Əli ət-Tahir dağlıq rayonunu intensiv atəşə tutub.

Bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı sığınacaqların və tunellərin yerləşdiyi yüksəkliklərdə güclü partlayışlar baş verib. Nəbətiyyə əl-Fauka şəhərinin yaşayış məhəllələri də atəşə məruz qalıb, nəticədə bir neçə bina dağılıb. Zərbələrin endirildiyi ərazilərdən səmaya sıx tüstü sütunları qalxıb.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları Hardali körpüsü yaxınlığında, Livan hərbçilərinin blok postunun yerləşdiyi Litani çayının sahilinə zərbələr endirib. Livan ordusunun mətbuat xidməti bildirib ki, hərbçilər arasında xəsarət alan yoxdur və vəziyyət nəzarət altındadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti