Xankəndidə kafedə baş verən yanğında iki qadın işçi xəsarət alıb

Hadisə Materials 23 İyul 2026 21:02 (UTC +04:00)
Xankəndidə kafedə baş verən yanğında iki qadın işçi xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhərində fəaliyyət göstərən “Turan” kafesində baş verən yanğın zamanı iki qadın işçi yanıq xəsarətləri alıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə kafedə baş verib.

Yanğın zamanı kafenin 43 yaşlı işçisi Zibeydə Əsədova və 29 yaşlı Fidan Cəfərova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti