Bakı.Trend:
ABŞ Silahlı Qüvvələrinin İrana hədəflənmiş 13-cü zərbələr dalğasını baş çatırmasından bir neçə saat sonra Bəhreyndə İrandan buraxılan raket və dronlarla bağlı həyəcan təbilləri çalınıb.
Bu barədə “Al-Jazeera” telekanalı Bəhreynin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
İnsanlar təhlükəsiz sığınacaqlarda daldalanmağa çağırılıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb
