Mahir Emreli "Rakuv"da debüt oyununda qola imza atıb (VİDEO)

İdman Materials 24 İyul 2026 00:01 (UTC +04:00)
Mahir Emreli "Rakuv"da debüt oyununda qola imza atıb (VİDEO)

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Rakuv”da (Polşa) debüt oyununda qol hesabını açıb.

Hücumçu Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə keçirilən ilk görüşdə fərqlənib. Matça start heyətində başlayan forvard 53-cü dəqiqədə komandasının ilk qoluna imza ataraq oyunda hesabı bərabərləşdirib. Emreli 82-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.

Görüş Çenstoxova təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab qarşılaşması iyulun 30-da keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti