Bakı.Trend:
Yəmənin husi döyüşçüləri Qırmızı dənizdə üzən Səudiyyə Ərəbistanına məxsus tankeri vurduqlarını elan ediblər.
"CNN" telekanalının məlumatına görə, NASA-nın peyk təsvirləri, Səudiyyə bayrağı altında üzən tankerlərdən birinin göyərtəsində güclü yanğının meydana gəldiyini göstərir. Səudiyyə Ərəbistanı rəsmilərinin açıqlamasına görə, heyət üzvlərindən xəsarət alan olmayıb.
Husilərin nümayəndələri Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasını davam etdirəcəklərini bildiriblər. Onlar bir neçə gün əvvəl elan etdikləri blokadanın Səudiyyə Ərəbistanının husilərə qarşı həyata keçirdiyi "ədalətsiz və amansız mühasirəyə" cavab olduğunu vurğulayıblar.
