Pakistanda təbii fəlakət - Azı 37 ölü

Dünya xəbərləri Materials 23 İyul 2026 11:58 (UTC +04:00)
Flood
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanın Xeybər Paxtunxva, Gilgit-Baltistan, Azad Cammu, Kəşmir və Pəncab əyalətlərində gülcü leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 37 nəfər həyatını itirib.

Bu barədə “The Star” nəşri yazır

Qucranvala və Sialkot da daxil olmaqla bir sıra rayonlarda, müvafiq olaraq 245 mm və 139 mm yağıntının qeydə alındığı ərazilərdə sakinlər hələ də fəlakətin nəticələrini aradan qaldırmağa çalışır.

Qəfil daşqınlar və yağışla əlaqədar digər hadisələr nəticəsində ölənlərin sayı Xeybər-Paxtunxvada 20-yə, Pəncabda isə 17-yə yüksəlib. Xeybər-Paxtunxva, Gilgit-Baltistan və Azad Cammu və Kəşmirdə yağışların səbəb olduğu torpaq sürüşmələri yollara, əkin sahələrinə və yaşayış evlərinə ziyan vurub.

Pakistan Meteorologiya Departamentinin məlumatına görə, iyulun 19-da başlayan hazırkı musson dalğasının Xeybər-Paxtunxvada iyulun 23-dək davam edəcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti