Dövlət Neft Fondunun investisiya portfelində qitələrin payı açıqlandı

İqtisadiyyat Materials 23 İyul 2026 14:10 (UTC +04:00)
Dövlət Neft Fondunun investisiya portfelində qitələrin payı açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 27,5%-ni Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib.

Bu barədə ARDNF-nin məlumatında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz bəndi çoxdur.

Bununla yanaşı, cari ilin iyulun 1-nə fondun investisiya portfelinin 27%-ni Avropaya (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz bəndi az), 9,9%-ni Asiyaya (0,8 faiz bəndi çox), 1,4%-ni Yaxın Şərqə (ötən ilin eyni dövrü ilə eyni), 1,1%-ni Yeni Zellandiya və Avstraliyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikasına (əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.

Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,01%-nə bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 faiz bəndi az).

Qızıla investisiyalar portfelin 31,4%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 1,6%-i qədər olub.

İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisnonun Trend-ə verdiyi müsahibəyə görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) platformanın təsisçi suveren investorlarından biri kimi mühüm strateji rol oynayır.

"Azərbaycan Respublikası Dövlət Neft Fondu platformanın təsisçi suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir", – deyə Merlissa Trisno bildirib.

Onun sözlərinə görə, CAIP Çin İnvestisiya Korporasiyası (CIC), İndoneziya İnvestisiya Qurumu (INA) və ARDNF-nin maliyyə imkanlarını, institusional təcrübəsini və beynəlxalq şəbəkələrini bir araya gətirərək regionda yüksək keyfiyyətli investisiya layihələrinin maliyyələşdirilməsini hədəfləyir.

"Platforma uzunmüddətli kapitalı, institusional təcrübəni və qlobal şəbəkələri birləşdirərək yüksək keyfiyyətli investisiya imkanları vasitəsilə regionun inkişafına töhfə verməyi qarşıya məqsəd qoyur", – deyə o qeyd edib.

Merlissa Trisno əlavə edib ki, hazırda platforma üzrə təxminən 520 milyon ABŞ dolları həcmində ilkin maliyyələşdirmə təmin olunub, ümumi hədəf isə 1 milyard ABŞ dollarıdır. Onun sözlərinə görə, gələcəkdə yeni institusional investorların cəlb olunması da nəzərdə tutulur.

"Hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradacaq", – deyə INA rəsmisi vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti