Qara dənizdə Türkiyə gəmisinə hücum olub - Ölən var

Dünya xəbərləri Materials 23 İyul 2026 14:50 (UTC +04:00)
ship
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qara dənizdə Türkiyə bayrağı altında üzən “Mv Reyhan Sari” adlı quru yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, kömür yükü daşıyan gəmi hücum zamanı Rusiyanın Taman limanından Türkiyənin Trabzon limanına istiqamətində hərəkət edirdi.

Gəminin sahibi olan “T&O Shipping Co. Ltd.” şirkətinin məlumatına əsasən, hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha iki nəfər isə yaralanıb.

Gəmi zədələnsə də, öz hərəkəti ilə Samsun limanına çata bilib. Yaralı dənizçilər isə helikopter vasitəsilə sahilə təxliyə olunublar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti