Dövlət Neft Fondu qızıl satışını dayandırıb

İqtisadiyyat Materials 23 İyul 2026 13:26 (UTC +04:00)
Dövlət Neft Fondu qızıl satışını dayandırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin II rübündə qızıl satışını dayandırıb.

Bu barədə ARDNF-nin məlumatında qeyd edilir.

Fondun qızıl ehtiyatları 178,1 ton təşkil edib.

Cari ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4% olub.

“2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran münaqişəsi nəticəsində qlobal maliyyə və enerji bazarlarında yüksək volatillik müşahidə olunmuş və müharibə bütün investisiya istiqamətlərinə mənfi təsir göstərmişdir. İkinci rüb ərzində isə müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunmuş, müsbət gəlirlilik əldə edilmiş, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə vermişdir.

Qızılın qiyməti birinci rübün əvvəlində kəskin artmış, buna ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları və valyutalardan real aktivlərə yönəlməsi kimi struktur amillər səbəb olmuşdur. Birinci rübün sonunda isə qiymətlər kəskin azalmış və real faiz dərəcələrinin artımı fonunda bu eniş ikinci rüb ərzində davam etmişdir”, - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti