Bakı.Trend:
Ermənistanda rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu-"Güclü Ermənistan" blokundan deputat seçilən Narek Karapetyanın ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə Ermənistan KİV-ləri yazır.
Məlumata görə, onun barəsində ölkədən çıxış qadağası ilə yanaşı, 1 milyard dram (təxminən 2,6 milyon ABŞ dolları) məbləğində girov qətimkan tədbiri də seçib.
Bundan əvvəl Ermənistan Baş Prokurorluğu Narek Karapetyana qarşı ictimai qaydada cinayət təqibinə başlayıb. İş "Güclü Ermənistan" blokunun liderinin silahdaşı Alik Aleksanyanın həbs olunduğu cinayət işi ilə əlaqədardır. Aleksanyan xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması) və seçicilərin ələ alınması ittihamları ilə üzləşib.
