Penitensiar müəssisəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 23 İyul 2026 13:54 (UTC +04:00)
Penitensiar müəssisəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, məhkumla qısamüddətli görüşə gələn qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti