Naxçıvan TV sədr müavini vəzifəsindən azad edilib

Cəmiyyət Materials 23 İyul 2026 14:08 (UTC +04:00)
Naxçıvan TV sədr müavini vəzifəsindən azad edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İlhamə Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, İlhamə Novruzova 2023-cü ilin noyabrında sözügedən QSC-nin sədr müavini vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, ötən gün Xaliq Babayev də “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti