Bakı.Trend:
İmişli rayonunun Çaxırlı kəndi ərazisində baş vermiş yanğın hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Trend-in məlumatına görə, araşdırmalarla yanğının kənd sakini, 30 yaşlı Rəhman Məmmədzadə tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.
Faktla bağlı Rəhman Məmmədzadə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.
