Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Siyasət Materials 23 İyul 2026 13:21 (UTC +04:00)
Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Mənzil Məcəlləsinə edilən dəyişiklik nəticəsində yeni "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu" yaradılır. Bu fonda daxil edilən yaşayış sahələri məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi və həmin mənzillərin onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaq.

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna edilən dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları konkretləşib. Belə ki, şəxs əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı region üzrə müəyyən edilmiş ölçülərə uyğun başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra onun mülkiyyət hüququnun tam bərpa olunduğu hesab ediləcək.

Dövlət tərəfindən təklif edilən yaşayış sahəsini qəbul etməyən şəxslər də məcburi köçkün statusunu itirəcəklər.

Mövcud qanunvericilikdə nəzərdə tutulan 3 illik güzəşt müddəti şəxsin məcburi köçkün statusunu itirdiyi və ya təklif olunan yaşayış sahəsindən imtina etdiyi tarixdən hesablanacaq.

Bundan əlavə, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanuna edilən dəyişikliklə məcburi köçkünlərin köçürülməsi mexanizmi yenilənir. Yeni yanaşmaya görə, dövlətin öhdəliyi vətəndaşa yaşayış sahəsinin təklif edilməsi ilə yerinə yetirilmiş hesab olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti