Tramp İrana qarşı daha böyük hücum ehtimalından danışıb

Dünya xəbərləri Materials 23 İyul 2026 20:37 (UTC +04:00)
Tramp İrana qarşı daha böyük hücum ehtimalından danışıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əvvəlkindən daha genişmiqyaslı hərbi əməliyyatın başlanmasını nəzərdən keçirdiyini açıqlayıb.

O bu barədə "Axios"a müsahibəsində deyib.

"Mən əvvəlkindən daha böyük hücumu nəzərdən keçirirəm. Qərar verməyə yaxınam. Biz buna tam hazırıq", - deyə Donald Tramp bildirib.

ABŞ Prezidenti yekun qərarın hələ qəbul edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, İsrail belə bir əməliyyata qoşula bilər, lakin ABŞ-ın İrana qarşı yeni əməliyyat keçirmək üçün heç kimə ehtiyacı yoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti