İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 101 min nəfərin yaşadığı Ternate şəhərindən 131 kilometr cənub-qərbdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan olunmayıb.