Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib (VİDEO)

Hadisə Materials 23 İyul 2026 23:27 (UTC +04:00)
Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın şaxtası boyunca 51p.m. elektrik kabelləri yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti