Bakı.Trend:
Küveytin İraqla sərhəddə yerləşən Əbdəli nəzarət-buraxılış məntəqəsi dron hücumuna məruz qalıb.
Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Dron hücumu nəticəsində infrastruktura ziyan dəysə də, can itkisi qeydə alınmayıb.
Küveytin şimalındakı Əl-Cəhra əyalətində yerləşən Əbdəli ölkənin İraqla əsas quru sərhəd-keçid məntəqəsidir. Bu məntəqə iki ölkə arasında sərnişin və kommersiya daşımalarının həyata keçirildiyi əsas marşrutlardan biri hesab olunur.
İran bu gün səhər saatlarında ABŞ hərbi obyektlərinin yerləşdiyi Küveytdəki bazalara pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Tehran bəyan edib ki, Körfəz ölkəsində yerləşən üç hərbi bazada anbarlar, yanacaq daşıyan sisternlər və sursat anbarı hədəfə alınıb
