FİFA DÇ2026-da danışılmış oyun faktı aşkarlamayıb

Dünya xəbərləri Materials 23 İyul 2026 16:23 (UTC +04:00)
FİFA DÇ2026-da danışılmış oyun faktı aşkarlamayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2026-cı il dünya çempionatı zamanı danışılmış oyun faktı aşkar etməyib.

Bu barədə “SBC News” portalı məlumat yayıb.

Bu nəticəyə idman yarışlarının dürüstlüyünün monitorinqi üzrə işçi qrup gəlib. Qrupun üzvləri turnirin bütün 104 oyununu, eləcə də mərc oyunları ilə əlaqəli mümkün manipulyasiya hallarını təhlil ediblər.

Qeyd edək ki, Avropa Şurasının himayəsi altında fəaliyyət göstərən Kopenhagen Qrupu dünya çempionatı çərçivəsində danışılmış oyunlarla bağlı yeddi mümkün epizod müəyyən edib. Təşkilatın məlumatına görə, 15 oyun gücləndirilmiş monitorinqə cəlb olunub, daha 12 mübahisəli epizod isə idmanın dürüstlüyü baxımından potensial risklər nöqteyi-nəzərindən araşdırılıb. Milli platformalar açıq mənbələr və sosial şəbəkələrdən əldə olunan məlumatlardan istifadə etməklə mərc əmsallarındakı dəyişiklikləri, mərc bazarlarındakı vəziyyəti və bukmeker şirkətlərinin xəttindən çıxarılan hadisələri müstəqil şəkildə izləyiblər.

Sənədin tam mətni hələ dərc olunmayıb. Mümkün pozuntularla bağlı xəbərdarlıq edilən epizodlar arasında CAR millisinin futbolçusu Tema Zvanenin Meksika ilə açılış oyununun sonlarında qırmızı vərəqə alması, həmçinin İspaniya və Kabo-Verde yığmaları arasında keçirilən və 0:0 hesabı ilə başa çatan oyunda heç-heçəyə edilən mərc də yer alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti