Hesablama Palatası tərəfdaş ölkələrlə paralel auditləri genişləndirir

Cəmiyyət Materials 23 İyul 2026 22:22 (UTC +04:00)
Hesablama Palatası tərəfdaş ölkələrlə paralel auditləri genişləndirir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hesablama Palatası tərəfdaş ölkələrlə paralel auditləri genişləndirir.

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend İnformasiya Agentliyi və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, Hesablama Palatasının fəaliyyətində əsas istiqamətlərdən biri strateji idarəetməyə dəstək vermək və tərəfdaş ölkələrlə paralel auditlər keçirməkdir.

Sədr bildirib ki, qurum öz fəaliyyətini strateji plan əsasında qurur, bu yanaşmanı təşviq edir və digər dövlət qurumlarına da strateji idarəetmənin tətbiqində dəstək göstərir. Onun sözlərinə görə, bu yanaşma dövlət sektorunda strateji təfəkkürün formalaşmasına xidmət edir.

Vüqar Gülməmmədov qeyd edib ki, paralel auditlər müxtəlif ölkələrdə eyni mövzu üzrə aparılan auditlərin nəticələrinin müqayisə edilməsinə, auditorların qarşılıqlı təcrübə mübadiləsi aparmasına və beynəlxalq təcrübəni öyrənməsinə imkan yaradır.

O əlavə edib ki, ötən il Türkiyə və Qazaxıstanın ali audit orqanları ilə paralel auditlər keçirilib. Cari ildə isə bu istiqamətdə Özbəkistan və Pakistanın ali audit orqanları ilə paralel auditlər həyata keçirilir.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə yayımlanacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti