Bakı.Trend:
ABŞ Yəməndən olan husi döyüşçülərin dənizdə hücumları davam etdirəcəyi təqdirdə İrana zərbələr endirəcəyi ilə bağlı xəbərdar edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
""Truth Social"dakı bu paylaşımım bir xəbərdarlıq kimi qəbul edilsin. Əgər onlar bunu yenidən etsələr, Birləşmiş Ştatlar buna görə, İranı cavabdeh sayacaq. Çünki husilər İranın etibarlı qüvvələri və ya onun dəstəklədiyi qruplaşmadır. Bu halda həm İran, həm də husilər ciddi hərbi cəza ilə üzləşəcəklər. Mən husilərdən çox məyusam, çünki onlar indiyədək kifayət qədər peşəkar və müdrikcəsinə hərəkət edirdilər", – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, husilər cümə axşamı Səudiyyə Ərəbistanına məxsus “Encelia” və “Layla” adlı iki neft tankerinə hücum ediblər. Hərəkat bu gəmilərin elan etdikləri dəniz blokadasını pozduğunu iddia edib. Ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində tankerlərdə yanğın baş verib.
