Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb

Hadisə Materials 23 İyul 2026 23:20 (UTC +04:00)
Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda açıq ərazidə baş verən yanğın genişlənərək dörd kəndin ərazisinə keçib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, iki gün əvvəl rayonun Kəngərli kəndi ərazisində başlayan yanğın minadan təmizlənməmiş sahələrdə davam etdiyindən alov daha da güclənərək Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndləri istiqamətində yayılıb.

Hazırda yanğının söndürülməsinə FHN-in Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq məqsədilə tədbirləri davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti