Bakı. Trend:
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb
Bu mərhələdə 3 rayonun 11 yaşayış məntəqəsinə cəmi – 66 ailə (259 nəfər) köçürülüb.
Belə ki, Xocalı rayonunun 5 yaşayış məntəqəsinə, cəmi – 28 ailə (106 nəfər), Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə, cəmi – 25 ailə (96 nəfər), Cəbrayıl rayonunun 2 yaşayış məntəqəsinə, cəmi – 13 ailə (57 nəfər) köçürülüb.
Beləliklə, 24.07.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 47 yaşayış məntəqəsində 9 458 ailə (38 179 nəfər) məskunlaşmış olacaqdır.