Fransada yerləşən parkdan İspaniyaya 8 delfin köçürülüb

Dünya xəbərləri Materials 24 İyul 2026 02:32 (UTC +04:00)
Fransada yerləşən parkdan İspaniyaya 8 delfin köçürülüb

Bakı. Trend:

İyulun 22-si axşam saatlarında Fransanın Antib şəhərində yerləşən Marineland parkındakı 12 delfindən səkkizinin İspaniyanın cənubundakı Malaqa zooloji parkına köçürülməsi əməliyyatına başlanılıb.

Bu barədə heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar məlumat veriblər.

Heyvanların müdafiəsi ilə məşğul olan təşkilatların məlumatına görə, delfinlər yük avtomobillərinə yerləşdirilərək "Marineland" parkının yaxınlığında yerləşən Nitsa hava limanına aparılıb və oradan İspaniyanın Malaqa şəhərinə göndərilib. Gələcəkdə onların Fransaya qaytarılaraq Beauval zooparkında yaradılması planlaşdırılan qəbul mərkəzində yerləşdirilməsi nəzərdə tutulur.

Bu təşkilatlardan bir neçəsi, o cümlədən Sea Shepherd France və TideBreakers, köçürülmə prosesinin görüntülərini yayıblar.

Yayılan görüntülərdə delfinlərin xüsusi yumşaq xərəkələrə yerləşdirildiyi, daha sonra kran vasitəsilə diri heyvanların daşınması üçün təchiz edilmiş iri yük avtomobillərinə qaldırıldığı görünür.

Parkda qalan digər dörd delfinin daha sonra İspaniyanın şərqində yerləşən Valensiyadakı parka göndərilməsi planlaşdırılır. Marineland parkındakı iki qatil balinanın isə Kanar adalarındakı Tenerife adasında yerləşən parka köçürülməsi nəzərdə tutulur. Park rəhbərliyinin məlumatına görə, əvvəlcə iyun ayına planlaşdırılan bu köçürülmə İspaniya parkında aparılan müzakirələr səbəbindən bir neçə ay təxirə salınıb.

Qeyd edək ki, köçürülmə prosesi Fransada dəniz məməlilərinin qapalı saxlanılmasının qadağan ediləcəyi ilə əlaqədardır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti